I TÜRK DÖVLƏTLƏRİ KARDİOLOJİ QURULTAYI 

19-21 Aprel, Gülüstan Sarayı

0

Gün

0

Saat

0

Dəqiqə

0

Saniyə

Salamlama

 

Hörmətli xanımlar və cənablar,

Türk Dünyası ilə səhiyyə sahəsində əməkdaşlığın gücləndirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin əsas prioritetlərindən biridir.

​19-21 aprel 2024-cü il tarixlərində Bakıda I Türk Dövlətləri Kardioloji Qurultayına ev sahibliyi etməyi planlaşdırırıq. Qurultayda kardiologiya sahəsində ixtisaslaşmış elmi və tibb müəssisələrinin, eləcə də peşəkar cəmiyyətlərin iştirakı gözlənilir.

​Qurultayın məqsədi bu sahədə müasir yanaşmanı bölüşmək, birgə tədqiqat imkanlarını nəzərdən keçirmək və ürək-damar xəstəliklərinin müalicəsində əhaliyə göstərilən səhiyyə xidmətlərinin keyfiyyətini artırmaq üçün Türk Dünyasından olan kardiologiya mütəxəssislərini bir araya gətirməkdir. Elmi müzakirələrə və təcrübə mübadiləsinə həsr olunmuş dəyirmi masalar və simpoziumlar üç gün davam edəcək.​ I Türk Dövlətləri Kardioloji Qurultayın 2024-cü il aprelin 20-də Bakıda təntənəli açılışı olacaq.

Teymur Musayev

Teymur Musayev

Azərbaycan Respublikası Səhiyyə Naziri

Dəvət

         Türk Dünyası ilə səhiyyə sahəsində əməkdaşlığın gücləndirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin əsas prioritetlərindən biridir. 

          19-21 aprel 2024-cü il tarixlərində Bakıda Türk Dövlətlərinin I Kardiologiya Qurultayına ev sahibliyi etməyi planlaşdırırıq. Qurultayın proqramına yeni tibbi texnologiyaların və fundamental tibbin nailiyyətlərinin tətbiqinin praktiki aspektlərinə həsr olunmuş plenar və bölmə iclasları; orijinal tədqiqatın nəticələri; real klinik təcrübədən olan hallar əsasında klinik müzakirələr və debatlar; yeni klinik tövsiyələr daxildir.

          İclas və simpoziumların internet yayımı tam istifadə üçün açıq olacaq ki, bu da həkimlərin davamlı tibb təhsili sistemində geniş iştirakı üçün unikal imkan yaradacaq. Əminəm ki, Qurultayımız, onun iştirakçıları və qonaqları, məruzəçilər və dinləyicilər bu miqyasda forumların keçirilməsini ən yüksək səviyyədə nümayiş etdirəcəklər.

Hörmətlə, Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşova

Gülnaz Dadaşova

Gülnaz Dadaşova

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru

Ümumi məlumat

  • Təşkilatçı

    Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutu

  • Qurultayın tarixi və yeri

    Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutu sizi 19-21 aprel 2024-cü il tarixlərində Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək 1-ci Türk Dövlətləri Kardioloji Qurultayında iştirak etməyə dəvət edir.

    Qurultayın Elmi proqramı Qurultayın başlanmasından 2 ay öncə saytda yerləşdiriləcək. Qurultayda istifadə olunan dillər: Azərbaycan, türk və ingilis. 

    Qurultayda qeydiyyatdan keçən bütün iştirakçılar sertifikatı alacaqlar.

    1-ci Türk Dövlətləri Kardioloji Qurultayı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən akkreditasiya olunacaq.

     

    QEYDİYYAT

    Bütün iştirakçılar üçün qeydiyyat tələb olunur. Qurultayda iştirak üçün son qeydiyyat tarixi: 5 aprel 2024-cü il sayt üzərindəndir.

    Bütün Qurultay iştirakçıları fərdi beydclərlə təmin olunacaqlar.

    DİQQƏT! Qurultaya qeydiyyat ödənişsizdir.

  • Qurultayın rəsmi dili

    Rəsmi dil azərbaycan, türk və ingilis dilidir. Oturumlar sinxron tərcümə ilə təmin olunacaq.

DİQQƏT! Konqresin qeydiyyatı ödənişsizdir

Elmi Proqram

Spikerlər

BU UNİKAL FÜRSƏTİ QAÇIRMAYIN!

DİQQƏT! Qurultayın qeydiyyatı ödənişsizdir

Tez-tez verilən suallar

Azərbaycan Respublikası Elmi Tədqiqat Kardiologiya İnstitutu

Ünvan: F.X.Xoyski 101

Əməkdaşlıq məsələləri üzrə: info@tscc.az

+99450 321 56 58

Qurultayın proqramı ilə bağlı: science@tscc.az

+99450 654 24 25

Ümumi suallar: info@tscc.az

+99450 654 24 25

Qurultay 19-21 aprel 3 gün ərzində davam edəcək

Qonağlama üçün bizim travel agentimiz ilə əlaqə saxlayın - +994 50 271 19 68

  1. Şirvanşahlar sarayı
  2. Qız qalası
  3. Alov qüllələri
  4. Bakı bulvarı
  5. Tarix Muzeyi
  6. Heydər Əliyev Mərkəzi


     

Qonaqlama

Tərəfdaşlar

Sponsorlar

Məkan

Gulustan Palace

Bakı, Azərbaycan AZ1001, İstiqlaliyyət küçəsi

Əlaqə